Goranboyda 5 mərtəbəli yaşayış binasının 1 ci mərtəbəsinin döşəməsini çökməsi zamanı 3 nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Nocomment.az-ın Qərb bürosuna bildirib.
Onun sözlərinə görə sözlərinə görə bu gün səhər saatlarında Goranboy şəhər Cəfər Cabbarlı küçəsində yerləşən yaşayış binasının döşəməsi çöküb. “5 mərtəbəli 6 bloklu 60 mənzilli binanın 1ci mərtəbəsində döşmə çökməsi qeydə alınıb. 3 nəfər yüngül xəsarət alıb. Səhər tezdən rayon icra hakimiyyətin bütün rəhbər şəxsləri, polis əməkdaşları və FHN əməkdaşları əraziyə cəlb edilib. Həmin binada yaşayan 60 ailə evakuasiya edilib. Artıq həmin insanların uçotu aparılır.Burada yaşayanların əksəriyyəti kirayədə yaşayanlar olub.Onlarında uçtu aparılır. İnsanlara zəruri yardımlar göstərilib.
İcra başçısı qeyd edib FHN ekspozisiyasın rəyinə uyğun işlər aparılacaq.












