Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib, şahidlər dindirilib.
NOCOMMENT xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 60-a yaxın şəxs ifadə verib.
Daha sonra şahidlər məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.












