İki əsrə aid bina hər an çökə bilər – Sakinlər TƏHLÜKƏDƏ – VİDEO

İki əsrə aid bina hər an çökə bilər – Sakinlər TƏHLÜKƏDƏ – VİDEO

Divarları çatlaq… Döşəməsi yararsız…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtaxtın Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusda yerləşən 2 mərtəbəli binadandır. 19-cu əsrdə tikilmiş bina, hazırda qəzalı vəziyyətdədir. Sakinlər bildirirlər ki, hər anlarını qorxu içərisində yaşayırlar.

Hətta döşəmə qatının çökdüyünə görə, sakinlərdan biri 2-ci mərtəbədən yıxılaraq, 1-ci mərtəbəyə düşüb

Bakı şəhər, 3 saylı mənzil kommunal təsərrüfat birliyindən də təsdiqlədilər ki, həmin tikili qəzalı binalar siyahısındadır. Binanın köçürülməsi nəzərdə tutulub.

Dövlət Şəhərsalma və arxitektura komitəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək görüləcək işlərlə bağlı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.