İşdən çıxarılan Elsəvər Ağayev DANIŞDI

İşdən çıxarılan Elsəvər Ağayev DANIŞDI

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsevər Ağayev qısa açıqlama verib.

NOCOMMENT xəbər verir ki, qaynarinfo-ya danışan keçmiş nazir müavini kefinin yaxşı olduğunu bildirib: “Kefim əladır. Bir az işlərim var. Vəzifəmdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

Qeyd edək ki, Elsəvər Ağayev 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1990-1993-cü illərdə Sankt-Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib, əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləyib. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunub. 1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, Səhiyyə Nazirliyinin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.

1999-cu ildə Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.