İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunda qeydə alınıb.
Belə ki, rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi “KİA Sorento” avtomobili ilə yaşadığı Soltan kəndi istiqamətində hərəkətdə olarkən maşın yolun kənarına çıxaraq aşağı yuvarlanıb.
Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.












