İtkin düşən kişinin meyiti tapılıb

İtkin düşən kişinin meyiti tapılıb

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından tapılıb.

Faktla bağlı rayon prokuroluğunda araşdırma aparılır.

Qeyd edək ki, A.Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmamışdı.