Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva NOCOMMENT-ə bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.
“Azər Qismət özünü narahat hiss edən kimi həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib. Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, – deyə N.Rəfiyeva qeyd edib.












