Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 17-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.