Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçumuza şəhid statusu verilib”, – deyə məlumatda qeyd edilib.