Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, hazırda 302 nəfər aktiv xəstə var. Bu günə qədər 9 948 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 956, bu günə qədər isə ümumilikdə 7 323 276 test icra olunub.












