Koronavirus STATİSTİKASI: Sağalma sayı yoluxmanı iki dəfə üstələdi

Koronavirus STATİSTİKASI: Sağalma sayı yoluxmanı iki dəfə üstələdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 536 nəfər müalicə olunaraq sağalıb, 9 647 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 105 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 6 656 940 test icra olunub.