Koronavirus STATİSTİKASI: Yoluxma sayı cüzi azaldı

Koronavirus STATİSTİKASI: Yoluxma sayı cüzi azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 635 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, bu günə qədər isə ümumilikdə 6 208 402 test icra olunub.