Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin azaldı

Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin azaldı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 17 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 785 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 880 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 860, bu günə qədər isə ümumilikdə 6 554 964 test icra olunub.