Kriminal XRONİKA: Şübhəli bilinən 36 nəfər tutuldu

Kriminal XRONİKA: Şübhəli bilinən 36 nəfər tutuldu

Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİM) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Son sutkada ölkənin yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.