Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib – nəticədə 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.












