İyunun 16-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Ötən gün 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.











