Kriminal XRONİKA: Şübhəli bilinən 64 nəfər tutuldu

Kriminal XRONİKA: Şübhəli bilinən 64 nəfər tutuldu

Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.