Kürdə batan 3 nəfərdən ikisinin meyiti TAPILDI

Kürdə batan 3 nəfərdən ikisinin meyiti TAPILDI

Bu gün Kür çayında batan üç nəfərdən ikisinin meyiti tapılıb.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.