Kürdəmirdə qanvermə aksiyası təşkil edilib və tədbir iştirakçıların fəallığı ilə yadda qalıb.
NOCOMMENT.az xəbər verir ki, aksiya Mərkəzi Qan Bankı və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində reallaşıb.
Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, müəssisə və təşkilatlar, təhsil və mədəniyyət idarələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanı əməkdaşları iştirak ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdən ibarətdir. Aksiyada 170 nəfər qan verib.
Aksiya günün sonuna qədər davam edib.






















