Lənkəran sakinlərinin həyatı təhlükədə: köhnə elektrik xətləri… – VİDEO

Lənkəran sakinlərinin həyatı təhlükədə: köhnə elektrik xətləri… – VİDEO

Lənkəran şəhərində yüksək gərginlikli köhnə elektrik xətləri sakinlər üçün problem yaradır.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində köhnə yüksək gərginlikli elektrik xətlərinin yenisi ilə əvəz olunmaması sakinlərin narazılığına səbəb olub.

Sakinlər deyir ki, xətlər köhnə olduğundan ordan keçmək qorxuludur.

“Əsasən küləkli havada elektrik xətləri bir-birinə toxunur. Ətrafda olan köhnə xətlər yenisi ilə əvəzlənib. Xahiş edirik ki, qısa bir hissə qalıb bunu da dəyişsinlər. Əks halda bədbəxt hadisə baş verə bilər”.