Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.
NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.
Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.
Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlanılıb.













