Lisey koronavirusa görə yenidən bağlanıb

Lisey koronavirusa görə yenidən bağlanıb

Bakıda daha bir ümumtəhsil müəssisəsi koronavirusa görə distant tədrisə keçib.

NOCOMMENT xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 7 gün müddətinə dayandırılıb.

Qeyd edək ki, lisey ötən ilin noyabr ayında da eyni səbəblə distant təhsilə keçmişdi.