Martın ilk gününün hava proqnozu açıqlanıb

Martın ilk gününün hava proqnozu açıqlanıb

Mart ayının ilk gününə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, BakıdaAbşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında martın 1-i hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.