Masallıda açıq ərazidə yanğın qeydə alınıb.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında, seyrək ağaclıq ərazidə baş verib.
Çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunublar.











