Maşın çaya aşdı, sürücü xəsarət aldı

Maşın çaya aşdı, sürücü xəsarət aldı

Şəki şəhərinin İnçə kəndində “BMW” markalı minik avtomobili körpüdən aşaraq çaya düşüb.

NOCOMMENT xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.