Mədəniyyət Nazirliyində daha bir korrupsiya faktları – YOXLAMALAR APARILIR / FOTOFAKT

Mədəniyyət Nazirliyində daha bir korrupsiya faktları – YOXLAMALAR APARILIR / FOTOFAKT

Son günlər sənətçilər Mədəniyyət Nazirliyinə qarşı korrupsiya iddiaları səsləndirilir.

NOCOMMENT.az xatırladır ki, bu gün Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində yoxlamalara başlayıb.

Ötən gün Mədəniyyət Nazirliyinin adı daha bir  korrupsiya faktı ilə hallandırıldı.

Söhbət bu ilin yay aylarında nazirlik tərəfindən Xorvatiyanın Zaqreb səfərinə edilən ezamiyyət xərclərində görünməmiş korrupsiya hüquqpozmalarından gedir.

Beləliklə, 2025-ci il iyunun 23–25-də Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan konsert proqramı və ikitərəfli görüşlərlə əlaqəli xərclər smetası dərc edilib.

Sənəddə yer alan bilet və ezamiyyət rəqəmləri mövcud bazar qiymətləri ilə üst-üstə düşmür.

Aviabilet xərcləri

Bakı-İstanbul-Zaqreb-İstanbul-Bakı reysinə 1 nəfər üçün 13 000 manat, 32 nəfər üçün isə 128 000 manat (adambaşına 4 000 manat) xərclənib!

Xorvatiyaya həmin eyni istiqamətlər üzrə qiymətlər hazırda adambaşına 1500 manatdır. Yay mövsümü olduğunu nəzərə alsaq, maksimum 2000-2500 manat olduğunu da ehtimal etsək, deməli, 1 biletin qiymətinin 4000 manat olması ağlabatan deyil. Bir nəfər üçün 13 000 manatlıq bilet isə istənilən halda ciddi şübhələrə yol açır.

Qonoror fərqləri

Bundan əlavə, nazirliyin həmin ezamiyyət smetasında müğənnilərə 1400-2100 manat arası qonoror yazılıb.

Ezamiyyət və gündəlik xərclər

Hətta xərclər smetasında 2 günə 1 nəfərə 1500-2000 manat arası günlük xərclər ödənildiyi göstərilir.

Ezamiyyətlərin verilməsi qaydası

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov mediaya bildirib ki, xaricə ezamiyyətə gedəndə, əgər hər şey qarşılanırsa, ümumiyyətlə heç nə ödənilmir. Amma sənədlərdə qeyd olunub ki, 40% ezamiyyət xərcləri ödənilir. Sual olunur: nazir Anar Kərimli, nazir müavini Oleq Əmirbəyov, Mənzərxanım Nurəliyeva üçün 40% ödənilir, sənətçilərə isə ödənilmir?(Təzadlar)

Nazirin imzaladığı smeta şikayətçi müğənnilərin söylədiklərini tam təsdiqləyir.


Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlasaq da, cavab verilmədi