Metroda gecikmə sıxlığa səbəb oldu

Metroda gecikmə sıxlığa səbəb oldu

Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, çox güman ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb: “Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.