Metroda sərnişinlərin sənədləri niyə yoxlanılır?

Metroda sərnişinlərin sənədləri niyə yoxlanılır?

Bu gün metronun bəzi stansiyalarında sərnişinlərin sənədləri yoxlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-ın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev bildirib ki, yoxlamada məqsəd metroya daxil olan vətəndaşlardan kovid-pasportu, yaxud hər hansı digər sənəd tələbi deyil.

“Koronavirus xəstəliyi şübhəsi ilə bəzi şəxslər yoxlanılır, ehtiyac yarandıqda hərarəti ölçülür və yalnız səhhətində ciddi problemlər olanlar metropolitenə buraxılmır. Digər hallarda isə metro stansiyalarına giriş tamamilə sərbəstdir”, – deyə o qeyd edib.