Mingəçevirdə küçədə kişi meyiti tapıldı

Mingəçevirdə küçədə kişi meyiti tapıldı

Mingəçevir şəhərində küçədə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsi, 42 ünvanında qeydə alınıb.

Meyitin şəhər sakini, 1980-ci il təvəllüdlü Həsənov Zaur Ağəli oğluna aid olduğu məlum olub.

Onun döyülərək qətlə yetirildiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.