Mobil operator avtobus şirkətini məhkəməyə verdi

Mobil operator avtobus şirkətini məhkəməyə verdi

Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC (“Nar mobile”) paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT xəbər verir ki, “Azerfon” MMC –nin “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası bu gün – 01.04.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.

Onu da bildirək ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda dövlət büdcəsinə 75 min 871 manat 35 qəpik vergi borcu da var.