Azərbaycanda müəllim əməliyyat masasında ölüb.
NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, dünən Sabirabad rayonu A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamal Əliyusif oğlu Həsənov açıq ürək əməliyyatı zamanı dünyasını dəyişib.
Qeyd edilib ki, 66 yaşlı Kamal Həsənov 40 il müəllim işləyib.












