Beş gündür COVİD-19 testi vermişəm, lakin cavabı hələ də gəlməyib.
NOCOMMENT xəbər verir ki, bu barədə müğənni Sevinc Musayeva axar.az-a açıqlamasında deyib: “Test vermişəm, 5 gündür cavab çıxmır. Evdə özümü sağaldıram. Cavab çıxandan sonra yenidən 7 gün evdə oturmalıyam? Dünəndən sahə həkimi də maraqlanır. Lakin E-TƏBİB yükləyə bilmirik”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, problem araşdırılacaq: “S.Musayevanın şəxsiyyət vəsiqəsinin FİN kodu bizə təqdim edildikdən sonra problem araşdırılacaq”.












