Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Anar İmamquliyev vəzifəsindən azad edilib.
NOCOMMENT.az –ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə A. İmamquliyev Sabirabad rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib
Məlumatı DİN-in mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.











