Nazirlik 19 minə yaxın şəxslə bağlı MƏLUMAT yaydı

Nazirlik 19 minə yaxın şəxslə bağlı MƏLUMAT yaydı

Bu ilin yanvar-may aylarında 18 932 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

NOCOMMENT.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 56,23 %-ni kişilər, 43,77 %-ni isə qadınlar təşkil edib.