Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.
NOCOMMENT xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq deyilib ki, görüntülər köhnədir: “Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl – 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi”.












