Nazirlik su basmış ərazilərlə bağlı əməliyyat görüntüləri yaydı – VİDEO

Nazirlik su basmış ərazilərlə bağlı əməliyyat görüntüləri yaydı – VİDEO

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən NOCOMMENT.az-a verilən məlumata görə, gün ərzində nazirliyin qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.