Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə müvəqqəti təyinat olub.
NOCOMMENT xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, Aparat rəhbərinin vəzifəsi nazirliyin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədova həvalə olunub.
Qed edək ki, nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə ötən ilin dekabr ayında öz istəyi ilə işdən çıxıb.












