Nazirliyin sevimli şirkəti bu dəfə ilişdi: 90 mini ala bilməyəcək

Nazirliyin sevimli şirkəti bu dəfə ilişdi: 90 mini ala bilməyəcək

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu ilin iyul ayında Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC (VÖEN – 2005667751) olub. Dəyəri 89 min 994 manat 4 qəpik olan tender müsabiqəsinin şərtlərinə görə Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbi əsaslı təmir olunmalıydı.

Məlumat üçün bildirək ki, 2019-cu ilin iyun ayında dövlət qeydiyyatına alınan “Mühəndislik Tikinti Təchizat” QSC-nin adına yalnız Elm və Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə rast gəlmək olur. QSC bu günə kimi nazirliyin keçirdiyi milyonluq tenderlərin qalibi olub.