Nərimanovda dönərxanadakı yanğın söndürüldü

Nərimanovda dönərxanadakı yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanovda baş vermiş yanğınla bağlı məlumat yayıb.

NOCOMMENT FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.