Növbəti köç karvanı Laçına çatıb

Növbəti köç karvanı Laçına çatıb

Laçına növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.

NOCOMMENT.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə – 59 nəfər köçürülüb.

Bununla da, Laçın şəhərində 570 ailə, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.\\iqtisadiyyat.az