Oğuz rayonunda avtomobil traktorla toqquşub, ölən var.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi “VAZ-2107” avtomobili hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.
Faktla bağlı araşdırma aparılır.












