Verilişdən gedən Vüsalə: "Yenilənmək və dəyişmək yolundayam"

Verilişdən gedən Vüsalə: "Yenilənmək və dəyişmək yolundayam"

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə etdiyi paylaşımla ona dəstək olan izləyicilərinə təşəkkürünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, aparıcı son paylaşımının həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb:

“Bir gün öncəki paylaşımım sadəcə həyatımın bir mərhələsini geridə qoymaq, yenilənmək, dəyişmək və davam etmək yolunda bir hesabat idi”.

V.Əlizadə həmin paylaşımından sonra minlərlə dəstək mesajı aldığını qeyd edib:

“Ən gözəl dualarla, stimulverici mesajlarla sevgisini göndərən dəyərlilərim, xüsusilə analar, qızlar, çox təşəkkür edirəm. Hamınıza bir-bir cavab verirəm, minlərlə mesaj var. Minnətdaram”.

Qeyd edək ki, Vüsalə aparıcısı olduğu "İncə səhər" proqramında getdiyini açıqlayıb. O, daha sonra kirayədə yaşadığı və evdən köçdüyü haqda paylaşımla gündəmə gəlib.