Oğuz rayonunun Muxas kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli evin 1 otağında 2 m² sahədə döşəmə və 1 ədəd yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












