Öldürülərək quyuya atılan qızın atasına cinayət işi açılıb

Öldürülərək quyuya atılan qızın atasına cinayət işi açılıb

Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov cinayət məsuliyyətinə cəlb edilib.

NOCOMMENT xəbər verir ki, dörd yaşlı qızın öldürülməsi ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4-cü (Əzab vermə) maddələri ilə cinayət işi açılıb.

Hazırda hadisə Xəzər Rayon Prokurorluğunda araşdırılır. Aparılan istintaq çərçivəsində Məryəmin atası Taleh Allahyarov şübhəli şəxs qismində saxlanılıb.

Bu gün Xəzər Rayon Məhkəməsində prokurorluğun T.Allahyarov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılacaq.