Yanvar ayında Azərbaycana 1 200 000 doza “CoronaVac” vaksini gətirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, adıçəkilən vaksinlər ölkəyə təsdiq olunan müqaviləyə əsasən gətirilib.
Xatırladaq ki, bu il üçün təsdiq olunmuş müqaviləyə əsasən, 3 280 000 doza vaksinlərin gətirilməsi nəzərdə tutulub. Onlardan 3 200 000 doza CoronaVac, 80 000 doza isə Sputnik V vaksini olması planlaşdırılır.












