Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində su kəsiləcək

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində su kəsiləcək

Bakının bir sıra ərazilərində su kəsiləcək.

Bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı NOCOMMENT.az-a məlumat verib.

“Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq”, – ASC rəsmisi qeyd edib.