Paytaxtın məşhur prospektində ağır qəza

Paytaxtın məşhur prospektində ağır qəza

Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) NOCOMMENT-ə verilən məlumata görə, şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Qeyd edilib ki, sıxlıq ağır yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb: “Qəza ilə əlaqədar “ASK ARENA”dan “Koroğlu” istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb”.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, ölən və yaralananların olduğu bildirilir.