Azərbaycanda son sutkada 4 558 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 188 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 379-dur.
İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 674 449, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 437, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 842 755, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 247 205, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 052 nəfərdir.












