Azərbaycanda bu gün 35 400 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 30 600-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 748 738 nəfər təşkil edir. Ümumilikdə isə 2 158 266 buster doza vurulub.












