Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 32 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, onların hamısı ikinci mərhələ üzrə vaksinasiya olunanlardır.

Vurulan vaksinlərin ümumi sayı 12 982 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 882, üç və daha çox doza vaksin vurduranların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 204 315 təşkil edir.